AZ

Macarıstanın Peç Universitetinin Əczaçılıq Fakültəsi əczaçılıq sənayesində istehsala dair fərdi təlim proqramı hazırlayır

Macarıstanın Peç Universitetinin Əczaçılıq Fakültəsi yerli dərman sənayesi üzrə tərəfdaşı ilə birlikdə əczaçılıq sənayesində istehsala dair xüsusi bilik və bacarıqları əhatə edən fərdi təlim proqramı hazırlayır.

Bunu “Report”a açıqlamasında Universitetin Əczaçılıq Fakültəsinin dekanı Andras Fittler deyib.

O bildirib ki, Peç Universiteti kimi ali təhsil müəssisələri təhsil təcrübələrinə və əczaçılıq sənayesi tərəfdaşları ilə əməkdaşlığa əsaslanaraq əczaçılıq elmləri üçün güclü təməl təmin edə bilər:

"Buraya əczaçılıq keyfiyyətinə nəzarət üçün müvafiq instrumental analizlər, doza formasının dizaynında bioəczaçılıq konsepsiyalarının tətbiqi və digər sahələr daxildir. Peç Universitetinin Əczaçılıq Fakültəsi yerli dərman sənayesi üzrə tərəfdaşı ilə birlikdə əczaçılıq sənayesində istehsala dair xüsusi bilik və bacarıqları əhatə edən fərdi təlim proqramı hazırlayır. Bu proqram əczaçılıq məzunları və potensial olaraq ixtisaslaşmış yuxarı kurs tələbələri üçün nəzərdə tutulub. Proqram bu kritik sahədə xüsusi səriştələrin əldə edilməsini təsdiqləyən mikro-kvalifikasiya (micro-credential) ilə başa çatır”.

Andras Fittler vurğulayıb ki, belə təşəbbüslər təkcə gələcək mütəxəssislərin bilik bazasını və praktiki bacarıqlarını gücləndirmir, həm də tələbə və müəllim mübadiləsi üçün imkanlar yaradaraq beynəlxalq əməkdaşlığı təşviq edir.

Seçilən
0
report.az

1Mənbələr