AZ

Yaponiya:idxal rüsumu yoxdur, amma hamı yerli maşın alır

İkinci Dünya müharibəsindən sonrakı Yaponiyanın vəziyyəti hamıya məlumdur: müharibədə məğlub olmuş, atom fəlakəti ilə üzləşmiş ölkənı sıfırdan qurmaq lazım gəlirdi. 

Avtosfer.az xəbər verir ki, yapon xalqı bu çətinliklərin öhdəsindən 15-20 ilə gəlməyi bacardı. 70-ci illərdə isə yaponlar avtomobil sahəsində innovasiyaları iklə fərqlənməyə başladılar. Artıq Avropa və ABŞ-dən kütləvi şəkildə idxal edilən avtomobilləri “Toyota”, “Nissan” və “Honda”nın müxtəlif modelləri əvəzləməyə başlamışdı. 
45 il əvvəl, 1980-ci ildə isə rəsmi Tokio daha bir radikal addım atdı. İdxal avtomobillər üçün bütün rüsumlar ləğv olundu. 

İlk baxışdan belə görünər ki, hökumət daxili bazarı zərbə altına qoyub. Lakin, vəziyyət dəyişmədi. Əhali yenə də yerli avtomobil almağa davam etdi və bu tendensiya indi də dəyişmir. 2022-ci ildə ölkədə satılmış 5 milyon təzə avtomobilin cəmi 280 min ədədi Gündoğar ölkədən kənarda istehsal edilib. Son 10 ildə ölkədə ən çox satılan modellərin ilk 30-luğunda nadir hallarda Avropa modelləri yer alıb. 

Bu gün Yaponiyada idxal avtomobillər yalnız premium sinfə aid modellərdir. Tokio və başqa şəhərlərdə qeyri-yapon avtomobilinə nadir hallarda rast gəlinir.

Səbəblərə gəlincə: artıq 60 ildən çoxdur əhalidə yerli məhsullara inam formalaşıb. Yaponiyalı istehsalçılar yerli bazarı münasib qiymətli, keyfiyyətli və əlçatan modellərlə təminm edirlər. Logistika işi elə qurulub ki, maşın almaq üçün paytaxta gəlməyə ehtiyac yoxdur. Servis əlçatan olsa da, bizdəki qədər növbə yoxdur. Yerli bazara təqdim edilən modellərin keyfiyyəti yüksək olduğu üçün avtomobil sahibləri servisə çox vaxt yağ dəyişmək üçün üz tuturlar. 

Bir sözlə, Yaponiya bazarı elə qurtulub ki, açıq olsa belə, bura hər kəs asanlıqla girə bilmir. Müqayisə üçün deyək ki, Türkiyəyə kənardan avtomobil gətirmək çox bahadır. Həm inzibati maneələr çoxdur, həm də gömrük və vergilər yüksəkdir. Hətta iqtisadçılar yarızarafat, yarıciddi deyirlər ki, Türkiyənin gömrük sistemi 1 “Mercedes”dən istehsalçıdan daha çox pul qazanır. Halbuki, heç bir istehsalla məşğul olmur. Bununla belə, əhali yerli avtomobillərin keyfiyyətindən çox da razı deyil. Eyni vəziyyət İranda da müşahidə olunur. 70-ci illərin Yaponiya və Fransa modelləri bu gün cüzi dəyişikliklə konveyerdə yaşayır. Rusiyadakı vəziyyət isə, tam başqa xəbərin mövzusudur.

Vüqar

Seçilən
0
avtosfer.az

1Mənbələr