AZ

Fransada katolik məktəbində cinsi və fiziki zorakılıq iddiaları ilə bağlı istintaq açılıb

Fransanın cənub-qərbində yerləşən özəl katolik məktəbində cinsi və fiziki zorakılıq iddiaları ilə bağlı ilkin istintaq açılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Fransanın cənub-qərbindəki Pyrenees-Atlantiques departamentindəki Ustaritzdəki xüsusi katolik orta və lisey Saint-François-Xavier, zorakılıq ittihamları ilə gündəmı gəlib.

Aprelin 10-da məktəbdə 1960-2005-ci illər arasında təhsil almış 10-dan çox şagird cinsi və fiziki zorakılığa məruz qaldıqlarını iddia edən şikayət ərizəsindən sonra Bayonn Prokurorluğu məktəblə bağlı ilkin istintaqa başlayıb.

Facebook-da fikirlərini dilə gətirən Saint-Fransua-Xavier məktəbinin bir qrup qurbanının qurduğu kollektivin sözçüsü Gilles Parent, Fransada cinsi istismar iddiaları ilə daha əvvəl gündəmə gələn Betharram Katolik Məktəbi iddiasının onları hərəkətə keçməyə sövq etdiyini söyləyib.

Seçilən
0
operativmm.az

1Mənbələr