AZ

Layihə əsaslı biznes kreditləri: faizlər 6%-dən başlayır

AFB Bank ASC, sahibkarlığın inkişafını dəstəkləmək məqsədilə İpoteka və Kredit Zəmanət Fondu (İKZF) xətti ilə sərfəli şərtlərlə kredit təklif edir.

Finss.az xəbər verir ki, bu maliyyə aləti müxtəlif biznes ehtiyaclarının qarşılanması üçün nəzərdə tutulub.

Əsas Kredit Şərtləri:

  • Minimal məbləğ: 30 000 AZN
  • Maksimal məbləğ: 5 000 000 AZN
  • Valyuta: AZN
  • Faiz dərəcəsi: 6% və ya 10% (layihənin xüsusiyyətindən asılı olaraq)
  • Müddət: 36 - 84 ay

Bu kredit növü vasitəsilə sahibkarlar aşağı faizlə və uzunmüddətli maliyyə dəstəyi əldə edərək bizneslərini genişləndirə və yeni investisiyalar həyata keçirə bilərlər. Kreditlərin verilməsi zamanı layihənin iqtisadi əsaslandırılması və sahibkarın maliyyə vəziyyəti nəzərə alınır.

Ətraflı məlumat üçün keçid: //afb.az/ikzf-ipoteka-ve-kredit-zemanet-fondu

Fuad Mədətov
Finss.az

Seçilən
0
20
fins.az

10Mənbələr