AZ

Tramp təsdiqlədi: ABŞ ordusunu bu ölkəyə yetirmək istəyir

ABŞ prezidenti Donald Tramp narkotik ticarəti ilə mübarizəyə kömək etmək məqsədilə qoşunların Meksikaya göndərilməsi təklifini təsdiqləyib.

Publika.az xəbər verir ki, bu barədə Tramp Administrasiyasının yüksək səviyyəli rəsmisi bildirib.

Tramp bəyan edib ki, Meksikadakı kartellər minlərlə insanın ölümünə səbəb olur: “Meksikanın kartellərlə mübarizədə köməyə ehtiyacı olsaydı, bunu etməkdən şərəf duyardım”.

Meksika Prezidenti Klaudiya Şeynbaum Trampın ABŞ qoşunlarının göndərilməsi təklifini rədd edib. O qeyd edib ki, bu, ölkənin suverenlik məsələsidir. Şeynbaum əlavə edib ki, iki ölkə kartellərə qarşı mübarizədə əməkdaşlıq edə bilər.

Seçilən
0
publika.az

1Mənbələr