II Liqada mövsümün ən səs-küylü qarşılaşması “ASK Arena”da baş tutub.
Uzun illərdir tribunaları boş qalan stadionda anşlaq yaşanıb.
II Liqada çempionluq uğrunda mübarizə aparan “Şəfa” - “Şahdağ Qusar” görüşünü (0:0) izləmək üçün arenaya 5 mindən artıq azarkeş təşrif buyurub.
Xüsusən Qusardan gələn 1000-ə yaxın tərəfdarın tribunalarda yaratdığı ab-hava Premyer Liqa oyunlarını kölgədə qoyub.
Stadionun ərazisində Qusardan gələn iri və kiçik tutumlu avtobusların görüntüsü əsl futbol ab-havasının yaranmasına səbəb olub.
Hətta bu mənzərə ətrafdan keçənlərdə “ASK Arena”da hansı komandaların oynaması sualını yaradıb.
Möhtəşəm görüntülərlə aşağıdakı fotolarda tanış ola bilərsiz.
HƏBİB / SPORTİNFO.AZ