AZ

Daha iki ərazidə metro olacaq

Bakıda 10 yeni metrostansiyanın tikiləcəyi ərazilərin müəyyənləşdiriməsi prosesi tamamlanmaq üzrədir.

Bunu teleqraf-a "Bakı Metropoliteni"nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, layihə üzrə son tamamlama işləri aparılır.

Qeyd edək ki, 2030-cu ilə qədər icrası nəzərdə tutulan layihəyə əsasən, stansiyalardan 6-sı "bənövşəyi", 4-ü isə "yaşıl" xəttin üzərində yerləşəcək. Yeni stansiyalar Bakı-Sumqayıt-Xırdalan və digər istiqamətlərdən gələn sərnişinlərin şəhər mərkəzinə daha rahat çatmasına imkan yaradacaq.

Bu stansiyalardan 6-sı "Bənövşəyi" xətt üzərində olacaq. "Yeni şəbəkə "Nizami", "Sahil" və "Xətai" stansiyalarında digər xətlərlə keçidi təmin etməklə sərnişin axınını xeyli optimallaşdıracaq.

"Ağşəhər" və NZS qəsəbəsində tikiləcək stansiyalar xətlərin ayrılmasını tamamlamaq və intervalı azaltmaq üçün böyük rol oynayacaq. Nəticədə bu xətdə də intervallar azaldılacaq. "Nizami" və "Sahil" stansiyalarında Yaşıl və Qırmızı xətlərlə keçidlər yaradılacaq. Dövlət proqramının yekununda isə sərnişindaşıma metronun gücü 88 milyon nəfər artırılacaq.

Seçilən
0
27
milliyol.az

10Mənbələr