Mahaçqalada naməlum iki şəxs polis avtomobilinə atəş açıb.
Hurriyyet.az xəbər verir ki, ilkin məlumata əsasən, hadisə nəticəsində 3 polis əməkdaşı həlak olub.
Hadisəni törədən şəxslər isə xidməti avtomobillə qaçıblar.
Hazırda təqsirləndirilən şəxslərin axtarışları davam etdirilir.
***
Dağıstan rəhbəri Sergey Melikov bildirib ki, ilkin məlumata görə, Daxili İşlər Naziliyinin əməkdaşları maşını saxlamağa cəhd ediblər.
Melikov əlavə edib ki, sürücü bu əmrə tabe olmayaraq polislərə atəş açıb.
Qafqazinfo.az