ABŞ prezidenti Donald Tramp prezidentlikdən istefa verəcəyi tarixi açıqlayıb.
Publika.az xəbər verir ki, Tramp mediaya açıqlamasında ABŞ-da bir şəxsin iki müddətdən artıq prezident ola bilməyəcəyi qaydasına toxunub.
O, səkkiz ildən sonra Ağ Evdəki prezidentliyini təhvil verəcəyini bildirib:
"Səkkiz illik prezident, yəni iki müddət prezident olacağam. Bunun həmişə çox vacib olduğunu düşünmüşəm".