AZ

Derbidə lazer tutduğuna görə 1 illik cəza aldı

Derbidə lazer tutduğuna görə 1 illik cəza aldı

Ötən gün Türkiyə Superliqasının 34-cü turunda keçirilən “Fənərbaxça”- “Beşiktaş” derbisində (0:1) qonaqların futbolçusu Gedson Fernandensə lazer işığı tutan şəxs saxlanılıb. Bu barədə İstanbul Polis İdarəsi açıqlama yayıb. “Matçın 36-cı dəqiqəsində “Beşiktaş”ın heyətində Gedson Fernandes adlı futbolçunun penalti zərbəsini yerinə yetirərkən üzünə lazer işığı tutulub. Araşdırmalar nəticəsində məlum olub ki, bunu edən B.Y. adlı şəxsdir.Həmin şəxsə 1 il ərzində stadionlara girmək qadağan edilib”.

Seçilən
0
1
afn.az

2Mənbələr