AZ

Ermənistan parlamentinin spikeri Koçaryanı“RUSİYA CASUSU” ADLANDIRDI

Ermənistan parlamentinin spikeri Alen Simonyan ikinci prezident Robert Koçaryanı "Rusiyanın casusu" adlandırıb.

 

Bu barədə Ermənistan KİV-i məlumat yayıb.

 

Siyasi bəyanatlar vermək hüququnun olduğunu deyən A.Simonyan jurnalistlərə bildirib ki, casusluqla bağlı faktlara malik olmasa da, o, siyasətçidir və keçmiş prezident və onun rəhbərlik etdiyi "Hayastan" bloku nümayəndələrinin səsləndirdiyi tezislərin təhlili əsasında siyasi bəyanat verir. Spikerin qiymətləndirməsinə görə, bu tezislər Rusiyanın mövqeyi ilə üst-üstə düşür.

 

O, həmçinin Belarusun nümunəsinə uyğun olaraq Ermənistanın İttifaq dövlətinə qoşulmasına tərəfdar olan Gümrünün yeni meri Vardan Qukasyanın (onun sözlərinə görə, Robert Koçaryan tərəfindən dəstəklənir) mövqeyini xatırladıb. A.Simonyan bu səbəbdən R.Koçaryanı "Rusiyanın maraqlarına xidmət edən" siyasi xadim hesab edir.

 

Seçilən
0
1
senzor.az

7Mənbələr