AZ

İran bu partlayışa görə 5 milyard dollar itirdi

Aprelin 26-da Bəndər-Abbas şəhərindəki Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində İran 5 milyard dollara qədər ziyana məruz qalıb.

Axar.az xəbər verir ki, bunu İranın telekommunikasiya və informasiya texnologiyaları nazirinin müavini Məhəmməd-Möhsün Sədr deyib.

Onun sözlərinə görə, dəymiş ziyanın miqyasına baxmayaraq, ölkə müasir texnologiyaların köməyi ilə hadisənin nəticələrinin aradan qaldırılmasını gözləyir.

Qeyd edək ki, Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində azı 70 nəfər həlak olub, 1200-ə yaxın insan yaralanıb.

Seçilən
0
2
axar.az

3Mənbələr