AZ

Dünya və Avropa çempionatlarının mükafatçısı olan güləşçimiz 69 yaşında vəfat edib

Azərbaycan güləşinə itki üz verib.

İdman.biz xəbər verir ki, yunan-Roma güləşi məktəbinin yetirməsi, 1956-cı ildə Göygöl rayonunda anadan olmuş Viktor Avdışev vəfat edib.

O, 69 yaşında ürək çatışmazlığından dünyasını dəyişib.

Viktor Avdışev Gənclər arasında Avropa çempionu (1976), böyüklər arasında dünya çempionatının 2 qat (1978, 1983) və Avropa çempionatının (1983) bürünc medalçısı, SSRİ çempionu (1978), SSRİ xalqları Spartakiadasının qalibi (1979) olub.

İdman.biz

Seçilən
0
4
idman.biz

5Mənbələr