AZ

Ərdoğan: Zəlzələ bölgəsində 453 min ev tikiləcək

İlin sonuna qədər zəlzələ bölgəsində inşa ediləcək evlərin sayı 453 minə çatacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Kızılay"ın 105-ci toplantısında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu günə qədər artıq 201 min evin açarları sahiblərinə təqdim olunub:

"İlin sonuna qədər 252 min əlavə ev və iş yeri ilə bu rəqəmi 453 minə çatdıracağıq".

R.T.Ərdoğan zəlzələ bölgəsindəki şəhərlərin əvvəlkindən daha güclü, müasir və zəlzələyə davamlı edəcəklərini ifadə edib.

 

Seçilən
0
4
bakivaxti.az

6Mənbələr