Müəllif: Tamara Mustafayeva, Banco.az
Uarren Baffet altmış ildən sonra “Berkshire Hathaway”in baş direktoru vəzifəsindən istefa verəcəyini açıqlayıb.
Banco.az xəbər verir ki, Uarren Baffet ilin sonunda “Berkshire Hathaway” şirkətinin baş direktoru (CEO) vəzifəsindən ayrılaraq bu vəzifəni özü tərəfindən seçilmiş varisi Qreq Abelə təhvil vermə planlarını açıqlayıb.
94 yaşlı investor ölkənin ən böyük şirkətlərindən birinə çevirdiyi “Berkshire Hathaway”in illik toplantısını belə bir bəyanatla yekunlaşdırıb: O, şirkətin idarə heyətinə Qreq Abelin 2026-cı ildə CEO vəzifəsinə başlamasını tövsiyə edəcəyini bildirib.
Baffet deyib: “Zamanı gəldi; Qreq ilin sonunda şirkətin CEO-su olmalıdır.”
Bizi sosial şəbəkələrdən izləyin!!