AZ

Eltondan Laləyə: “Günahı özündə axtar”

Əməkdar artist Elton Hüseynəliyev həmkarı Lalə Məmmədovanın aparıcıları tənqid etməsinə etiraz edib.

"Cebheinfo.az" xəbər verir ki, müğənni "Afaqla 10lar" verilişində L.Məmmədovanın ""Küçə adamlarını sənətkarlarla müqayisə etməyin" sözləri ilə razılaşmadığını deyib. O bildirib ki, günah aparıcılarda yox, müğənnilərdədir:

"Lalə ilə razı deyiləm. Aparıcıların günahı yoxdur. Şou-biznesin, gündəmdə olan verilişlərin səviyyəsi aşağıdır. Prodüser zəng edir filankəsə, məsələn, Eltona, o da deyir, işim var, gəlmir. Veriliş hazırlanmalıdır. Aparıcıda həmin şəxsləri çağırır. Hamımız bir-birmizə dəstək olmalıyıq. Əl-ələ verib artıq adamları efirə buraxmamalıyıq. Narazıçılıq varsa, günahı özündə axtarmaq lazımdır. Lalə Məmmədova hansı verilişə zəng etdi ki, ansambılla gəlmək istəyirəm, ona imtina etdilər? Mən, Aygün Kazımova, Ayaz Qasımov, Nurlan Növrəsli, Röya Ayxan, Xumar Qədimova tez-tez görsənməliyik. Bizi tapa bilmirlər, məcbur onları çağırırlar. Onlar da gələndə nəsə xoş söz deyilməlidir. 

Şəxsi həyat ortada olmalı deyil. İnsanın özündə olmalıdır. Övlad dünyaya gəlibsə, toyu olubsa, bunu danışmaq normaldır. Məşhurluq başqa, sevilmək başqadır. Onlar məşhur olmaq istəyir. Biz hansı sıradayıq qəbul etməliyik: ciddi, yoxsa ciddi olmayan".

Son günlər xeyli artıq çəki alan Elton isə bununla bağlı ünvanına deyilən tənqidlərlə razılaşıb:

"Bir ara hədsiz arıqlamışdım. Dedilər, səhhətində problem var. İndi də kökəlməyimi deyirlər. Hər kəs fikrində azadır. Düzdeyirlər, Elton niyə bu günə düşüb? Səndən danışırlarsa, deməli varsan. Vay o günə səndən danışmasınlar".(Axşam.az)

"Cebheinfo.az" 

Seçilən
0
1
cebheinfo.az

2Mənbələr