AZ

“Çelsi” Premyer Liqada müstəsna uğura imza atdı

İngiltərə Premyer Liqasının 35-ci turunda Londonda çempion “Liverpul” üzərində 3:1 hesablı qələbə “Çelsi” üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, London təmsilçisi İngiltərə Premyer Liqasının tarixi ərzində mövsümün çempionluğunu erkən surətdə təmin etmiş komandaları iki dəfə məğlub edə bilmiş ilk klub olub.

Buna qədər “zadəganlar” 2012/2013-cü illər mövsümündə “Mançester Yunayted”i məğlub etmişdilər. Həmin mövsümün çempionluğunu yarışın başa çatmasına dörd tur qalmış erkən surərtdə rəmin etmiş “qırmızı şeytanlar”ı, “Çelsi” 2013-cü ilin may ayında 1:0 hesabı ilə məğlub etmişdi.

Xatırladaq ki, “Liverpul” İngiltərə Premyer Liqasının 34-cü turunda evdə “Tottenhem” üzərində 5:1 hesablı möhtəşəm qələbə sayəsində cari mövsümün çempionluğunu erkən surətdə təmin edib. “Qırmızılar” 35 oyundan 82 xalla yarış cədvəlinin zirvəsindədirlər.

“Çelsi” isə 63 xalla yarış cədvəlinin 5-ci pilləsində qərarlaşıb. “Zadəganlar” növbəti mövsümün Çempionlar Liqasında iştiraka vəsiqə verən ilk dördlüyə düşmək uğrunda mübarizə aparırlar.

Seçilən
0
arena.az

1Mənbələr