Nazirlər Kabinetində Azərbaycanın Baş naziri Əli Əsədov ilə Belarusun Baş naziri Aleksandr Turçin arasında mayın 5-də geniştərkibli görüş çərçivəsində baytarlıq sahəsində əməkdaşlığa dair sənəd imzalanıb.
Bakıvaxtı.az xəbər verir ki, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi arasında baytarlıq sahəsində əməkdaşlığa dair 2025-2027-ci illər üçün Tədbirlər Planı” sənədini Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və Belarusun kənd təsərrüfatı və ərzaq nazirinin birinci müavini Aleksandr Lomski imzalayıblar.