AZ

"Orqan musiqisi axşamı" adlı konsert keçirilib

Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında “Orqan musiqisi axşamı” adlı konsert keçirilib.

Kulis.az xəbər verir ki, konsertin solisti orqan ifaçısı Natavan Quliyeva olub.

Bir neçə ildir ki, xaricdə yaşayan ifaçının Bakıdakı konserti musiqi ictimaiyyəti tərəfindən maraqla qarşılanıb.

Proqramda İntibah dövrünün sonu, Barokko musiqisinin əvvəlindən müasir dövrə qədər olan bəstəkarların – J.P.Svelink,N.Bruns, İ.S.Bax, F.List, Q.Qarayev və V.Adıgözəlovun əsərləri yer alıb.

Qeyd edək ki, konsert proqramı F.Listin “Weinen, Klagen, Sorgen, Zagen” əsəri ilə başa çatdı.

Seçilən
0
kulis.az

1Mənbələr