Avropa Komissiyası (AK) Avropaya dünyanın hər yerindən alimləri cəlb etməklə bağlı proqramları dəstəkləmək üçün 500 milyon avro ayıracaq.
İndex.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Sorbonnada “Avropanı seç” proqramını təqdim edərkən bildirib.
“Avropa həmişə alimlərin Avropanı seçməsinə çalışacaq. Mən 2025-2027-ci illər üçün Avropaya yeni alimlər cəlb etmək məqsədilə Avropa Komissiyasının 500 milyon avro dəyərində paket ayırmaq qərarından məmnunam”, – o vurğulayıb.