Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) gəmilərin istismarı və sahil obyektlərinin fəaliyyəti nəticəsində yaranmış tullantıların ekologiyaya mənfi təsirlərinin minimuma endirilməsini daim diqqətdə saxlayır. Bu məqsədlə əməliyyatlar zamanı zəruri qabaqlayıcı tədbirlər görülür.
İndex.az ASCO-ya istinadən xəbər verir kİ. bu ilin yanvar-mart aylarının nəticələrinə görə, ASCO gəmilərindən 18,78 m³ plastmas, 104,33 m³ qida qalığı, 153,91 m³ məişət tullantısı (kağız-karton, əski, şüşə, metal və s), 13 m³ istismar tullantısı, 79,2 m³ neft qalığı-şlam, 737,5 m³ döşəməaltı lyal sular, 24089,3 m³ məişət təsərrüfat çirkab su bağlanmış müqavilələr əsasında təcrübəli mütəxəssislərə və texniki resurslara malik sertifikasiyalı qurumlara təhvil verilməklə ərazilərdən kənarlaşdırılıb.
Bu dövrdə ASCO-nun sahil obyektləri üzrə 3,7 ton yanmış qəlib qumu, 263,54 ton abraziv (gəmi gövdəsindən çıxan pas-boya-çınqıl-qum qarışığı), 19686 ton məişət çirkab suyu, 265,9 ton neftli döşəməaltı-lyal su, 51,24 ton sürtgü yağı, 1105,19 m³ məişət tullantısı (kağız-karton, taxta, əski, şüşə, metal, butulka və s), 204,21 m³ qida qalığı, 84,25 m³ polimer əsaslı və plastmas tullantı, 14,75 m³ yağlı və neftli tullantı, 30,38 m³ rezin tullantı, 85,6 m³ istismar tullantı, 0,06 m³ tibbi tullantı aidiyyəti üzrə təhvil verilib.
Qeyd edilən dövrdə ümumilikdə 0,16 ton kağız, 0,05 ton plastmas təkrar emala göndərilib.