“Hesab edirəm ki, Alen Simonyan azərbaycanlı onbaşı casusu və Türkiyə agenti statusuna malikdir. Onun sözlərinə istinad etmək istənilən erməni üçün iyrəncdir”.
“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistanın eks-prezidenti Robert Köçəryanın ofisinin rəhbəri Baqrat Mikoyan belə deyib.
O, parlamentin spikeri Alen Simonyanın Robert Köçəryanın “rus casusu statusu”na malik olması barədə bəyanatına cavab olaraq verdiyi bəyanata qeyd edilən münasibəti bildirib.