AZ

Bu sürücülər sertifikatlarını əldə edə bilər - DİQQƏT

9 mart və 17 apreldə keçirilən test imtahanından müvəffəqiyyətlə keçən şəxslərin sertifikatlarının verilməsinə başlanılıb.

Day.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, DİM tərəfindən keçirilmiş test imtahanlarında uğur qazanaraq sertifikat əldə etmiş aşağıdakı kateqoriyadan olan şəxslər sertifikatlarını şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küç., 50 ünvanında yerləşən elektron imtahanlar korpusundan əldə edə bilərlər:

- 9 mart 2025-ci il tarixdə dövlət qulluğunun A (inzibati rəhbər) və B (inzibati icraçı) növlərinə aid vəzifələrin tutulması məqsədilə keçirilmiş test imtahanında iştirak edənlər;

- 17 aprel 2025-ci il tarixlərdə avtomobil sürücülərinin xüsusi hazırlığının qiymətləndirilməsi məqsədilə keçirilmiş test imtahanında uğur qazanmış şəxslər.

Seçilən
0
2
day.az

3Mənbələr