Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəşad Nəsirov öz ərizəsi ilə vəzifəsindən ayrılıb.
"Cebheinfo.az" xəbər verir ki, Rəşad Nəsirov məlumatı Konkret.az-a açıqlamasında təsdiqləyib.
Xatırladaq ki, Əməkdar jurnalist bu vəzifəyə 2023-cü ildə təyin edilmişdi.
"Cebheinfo.az"