AZ

Kaptaqon müharibəsi: Livan sərhəddə Əsədin gizli fabrikini ələ keçirdi

BAKI, 5 may. TELEQRAF

Livan təhlükəsizlik qüvvələrinin Suriya ilə sərhədə nəzarət üçün davam edən səyləri fonunda kaptaqon (fenetilin və ya amfetamin) fabriki ələ keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə “Al Arabiya” Livan mənbələrinə istinadla məlumat yayıb.

Livan ordusunun açıqlamasına görə, narkotik istehsalı və qaçaqmalçılığı ilə mübarizə çərçivəsində Livan-Suriya sərhədində yerləşən kaptaqon istehsal fabrikinə basqın edilib. Narkotik həblərin istehsalında istifadə olunan xammaldan əlavə, külli miqdarda hazır həblər müsadirə edilərək götürülüb.

Nəşr yazır ki, Suriyada müharibə zamanı sərhəd bölgələrində kaptaqon alveri geniş yayılmışdı. Araşdırmalar göstərir ki, devrilmiş Bəşər Əsəd rejimi bu ticarətdən təxminən 5,7 milyard dollar gəlir əldə edib. Ticarət Bəşər Əsədin qardaşı Mahir Əsədin rəhbərlik etdiyi Suriya ordusunun Dördüncü Diviziyası tərəfindən həyata keçirilib. Narkotik həblər qaçaqmalçılıq yolu ilə ərəb və Qərb ölkələrinə daşınıb.

Sözügedən narkotik maddə əsasən fenetilin və ya amfetamin kimi tanınır. “Kaptaqon, “biokapton” və fitton” kimi ticarət adları altında psixostimulyator kimi satılır. Hazırda əksər ölkələrdə qadağandır və əsasən qeyri-qanuni istifadə üçün istehsal olunur. Əsəd dönəmində ən böyük istehsalçısı Suriya sayılırdı. O zaman Suriya qlobal təchizatın təxminən 80 faizini təşkil edirdi.

Seçilən
0
teleqraf.com

1Mənbələr