AZ

Paşinyanın Qələbə paradında təhlükəsizliyi… - Simonyan

Erməni tərəfi baş nazir Nikol Paşinyanın Moskvada keçiriləcək Qələbə paradında iştirakı zamanı onun təhlükəsizliyinin təmin olunmasında problem görmür.

Gundem.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

“Bir ölkənin rəhbəri digər ölkənin başçısına nəsə deyir. Bu onların işidir. Əgər baş nazir iştirak etmək barədə qəti qərar versə, biz təhlükəsizliklə bağlı problem görmürük”, – Simonyan qeyd edib

Paşinyanın qəfil “xəstələnməsi” ehtimalına gəlincə, spiker bildirib ki, hər şey mümkündür:

“Ola bilər COVİD-ə yoluxsun. Görürsünüz ki, bir çox liderlər, məsələn, Hindistanın nümayəndələri xəstələniblər və getmirlər”.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevin 9 mayda Moskvada keçiriləcək parada gələn xarici nümayəndə heyətlərinin təhlükəsizliyinə zəmanət verə bilməyəcəyini demişdi.

Seçilən
0
2
gundem.az

3Mənbələr