Moskva vilayətində iki minik avtomobili və iki yük maşını toqquşub, bir nəfər ölüb.
Moskva vilayətinin İstra şəhərində iki yük maşını və iki minik avtomobilinin iştirakı ilə ölümlə nəticələnən qəza baş verib.
Qaziler.az bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə İdarəsi özünün Telegram kanalında məlumat yayıb.
“Scania” markalı yük maşınının sürücüsü eyni istiqamətdə hərəkətdə olan “Mercedes” markalı yük maşını və iki minik maşını ilə toqquşub.
İdarədən verilən məlumata görə, qəzada ölən “Scania” markalı yük maşınının sürücüsü olub, “Mercedes”in sürücüsü isə xəsarət alıb.
Zərərçəkənlərin vəziyyəti ilə bağlı məlumat yoxdur. Hadisədən sonra Rusiya Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyi araşdırmalara başlayıb.
QAZİLER.AZ