AZ

Qida borusunda ilişib qalan nəticə YARIMÇIQ QALAN YOXLAMA

Amma nə sirdirsə bu hücum birdən başladı. Cəza mexanizmi isə cərimə yazıb işini bitmiş hesab etməkdən ibarət imiş. Necə deyərlər yoxladıq, nöqsan tapdıq, cərimə elədik getdik. Sabah yenə həyat olduğu kimi davam edir. Gəlin, yeyin için, ZƏHƏRLƏNİN....

AQTA-nın yaydığı məlumatların bəzilərində xarici istehsalçıya məxsus olduğu göstərilən saxta spirtli içkilər də nümayiş olunurdu. Bu xəbərdən sonra şəxsən tərəfimdən sual ünvanladım ki, bəs bu saxta içki restorana necə gəlib düşüb? Araşdırmanızın nəticəsi barədə məlumat verə bilərsiz? Saxta spirtli içkiləri restoran işçiləri özləri istehsal edir yoxsa restorana hansısa şirkət gətirir? Dolayı və qarışıq bir cavab aldım. Ajans.az-ın sorğusuna da şablon cavab gəldi. “Qanunsuzluğu aşkar edirik, cərimə olunurlar, məlumat tərəfimizdən ictimailəşir”. Vəssalam.

Bu saxta spirtli içkini aşkar etdiz. Çox gözəl. Bəs indi biz istehlakçı olaraq məlum restoranlarda bundan sonra saxta içki satılmadığını necə müəyyən edək? Axı siz yoxlamısız. Aşkar da etmisiz. Niyə demirsiz bilək ki, saxta içki bu restoranda istehsal olunur yoxsa xaricdən idxal edildiyini deyən hansısa şirkət tərəfindən gətirilir? Niyə gizlədirsiz? Nəyi gizlədirsiz?

Hansı tədbir görürsüz? İşiniz yalnız cərimə edib arxanıza baxmadan çıxıb getməkdir? Bəs bu saxta içkinin, onu istehsal edənin, camaata satanın məsuliyyəti necə oldu? Məqsəd müəyyən cərimə məbləğini hesabınıza köçürtdürüb hesabatda bu qədər iş görmüşük görüntüsü yaratmaqdır, ya necə?

AQTA-nın rəsmi səhifəsində maraqlı və kifayət qədər çox yaxşı məlumatlar yer alır. Biz dəfələrlə Ajans.az xəbər portalında bu məlumatları yayımlamışıq, yayımlayırıq da. Amma düşünürəm ki, AQTA-nın rəhbəri hörmətli Qoşqar Təhməzlinin brifinqi olsa biz jurnalistlər də suallarımızı verib cavabımızı ala bilərdik. Mətbuat xidməti isə inciməsin. Yenə zəng və yenə uzun-uzadı cavabı olmayan izaha ehtiyac yoxdur. Çünki nəticəsizdir yoxlamalar kimi.....

Tural Müseyibov
Ajans.az Xəbər Portalının Baş Redaktoru

Seçilən
0
5
Ajans.az

6Mənbələr