AZ

“Kəpəz” rəhbərliyi Mədinəni təbrik etdi

“Kəpəz” akademiyasının yetirməsi, 15 yaşadək güləşçilər arasında Azərbaycan çempionu olan Mədinə Kərimova ilə görüş keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, klubun icraçı direktoru Cabir İbrahimov onu kollektiv adından təbrik edərək həm xalça, həm də yaşıl meydanlarda olacaq növbəti yarışlarda uğurlar arzulayıb.

Gəncəni və klubu layiqincə təmsil etdiyinə görə Mədinəyə fəxri fərman təqdim olunub. İdman geyim dəsti hədiyyə edilib. 

Kərimova “Kəpəz”in  U-13 qızlar komandasının üzvüdür.

Seçilən
0
3
idmanxeber.az

4Mənbələr