AZ

Ekspert: Sürücülər və piyadalar yol hərəkəti qaydalarını pozmamalıdırlar

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) sürücü və piyadalara müraciət edib.
Müraciətdə deyilir:
"Paytaxt yollarında müxtəlif vaxtlarda bəzi sürücü və piyadaların qaydalara əməl etməməsi, diqqətli olmaması səbəbindən piyadaların iştirakı ilə yol-nəqliyyat hadisələri baş verir. Bu cür qəzalar əksər hallarda xəsarət və ya ölümlə nəticələnir. Təbii ki aparılan maarifləndirmə və praktiki tədbirlər öz nəticəsini verir və bu qəzaların sayında azalma var. Ancaq buna baxmayaraq, yollarda həyatlarına laqeyd yanaşan bəzi piyadalar hələ də keçidlərdən istifadə etmirlər, nizamlayıcının tələblərinə diqqət yetirmirlər.
Sürücülər keçidlərdən keçən piyadalara yol vermirlər
Digər bir məqam sürücülərlə bağlıdır. Müşahidələr onu deməyə əsas verir ki, bəzən piyadalar keçidlərdə dəqiqələrlə gözləmək məcburiyyətində qalırlar və yaxud da bir sıra sürücülər keçidlərdən keçən piyadalara yol vermirlər.
Sürücü və piyadalara çağırış:
Bu cür qəzaların baş verməməsi üçün hər birimiz üzərimizə düşən məsuliyyəti dərk etməli və qaydalara əməl etməliyik. Bir daha sürücü və piyadalara çağırış edirik:
Sürücülər piyada keçidlərinə yaxınlaşdıqda sürəti azaltmalı və piyadalara yol verməlidir. Piyadalar isə piyada keçidlərindən keçməli, nizamlayıcının tələblərinə diqqət yetirməli və yolu keçməyin onlar üçün təhlükəsiz olacağını yəqin etdikdən sonra keçməlidirlər".

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev Sherg.az-a bildirib ki,  paytaxt yollarında baş verən yol-nəqliyyat hadisələrinin əksəriyyəti sürücü və piyadaların diqqətsizliyi və qaydalara əməl etməməsi səbəbindən baş verir: 

 “Digər ölkələrlə müqayisədə, bizim ölkəmizdə bu statistika daha çoxdur. Ona görə də bu sahədə həm maarifləndirici, həm də əməli tədbirlər görülməlidir. Sürücülər və piyadalar öz məsuliyyətlərini dərk edərək yol hərəkəti qaydalarını pozmamalıdırlar. Piyadalar yol keçəndə elə düşünürlər ki, hər yerdə onlara yol verilməlidir. Halbuki, onlara yalnız nəzərdə tutulmuş yerdən keçərkən yol verilməlidir. Sürücü diqqətsizliyi isə sürət həddini aşmaqla bağlıdır. Eyni zamanda sürücülər maşın sürərkən mobil cihazlardan istifadə edirlər. Bu da qəzaların qaçılmazlığına  gətirib çıxar. Yol hərəkətinin bütün iştirakçıları, sürücülər və piyadalar yol təhlükəsizliyinin qorunmasında mühüm rol oynayır. Sadə qaydalara riayət etməklə həyatları xilas etmək mümkündür.”.
Seçilən
0
11
sherg.az

10Mənbələr