Yəməndəki husilər “Ben Qurion” da daxil olmaqla İsrailin bütün hava limanlarına zərbələr endirməklə tam hava blokadası keçirməyi planlaşdırır.
Ölkə.az xəbər verir ki, bu barədə husilərin silahlı qüvvələrinin nümayəndəsi Yəhya Sariya məlumat verib.
"İsrailin Qəzza zolağında aqressiv əməliyyatını genişləndirmək qərarına cavab olaraq, silahlı qüvvələrimiz hava limanlarına, ilk növbədə İsraildə "Ben Qurion" hava limanı kimi tanınan Lod hava limanına çoxsaylı zərbələr endirməklə İsrailin tam hava blokadasına çalışacaq", - Sariya “Al Masirah” telekanalına açıqlamasında deyib.
Mürtəza
Ölkə.az