Azərbaycanda mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsində liderlik edən "AccessBank" QSC müştərilərinə daha yaxın olmaq və onlara operativ, yüksək keyfiyyətli maliyyə xidmətləri təqdim etmək məqsədilə 2025-ci il üzrə inkişaf planına uyğun olaraq filial şəbəkəsini genişləndirməyə davam edir.
Bankın sayca 36-cı yeni filialı Balakən şəhərinin Heydər Əliyev prospektində yerləşir və müasir standartlara cavab verən bank xidmətləri təklif edir. Filialda mikro və aqro kreditlər daxil olmaqla müxtəlif kredit məhsulları, istehlak kreditləri, əmanətlərin qəbulu, plastik kartların verilməsi, pul köçürmələri, valyuta mübadiləsi və digər geniş spektrli bank xidmətləri təqdim olunacaq.
"Filial şəbəkəsinin genişləndirilməsi – "AccessBank"ın regionlardakı fəaliyyətini gücləndirməyə, müştərilərimizə daha əlçatan və effektiv xidmət göstərməyə, həmçinin yerli biznesin inkişafını dəstəkləməyə yönəlmiş siyasətimizin prioritet istiqamətidir. Balakən filialının açılması ilə "AccessBank"ın filiallarının sayı 36-ya çatdı və bu, 2025-ci ildə nəzərdə tutulan genişlənmə planımız çərçivəsində ilk addımdır. Məqsədimiz – Azərbaycanın müxtəlif regionlarında istehlakçılara və biznes subyektlərinə müasir və keyfiyyətli maliyyə xidmətləri təqdim etməkdir”, - bunu "AccessBank"ın İdarə Heyətinin üzvü və Baş Biznes İnzibatçısı Renat Hümbətov bildirib.
"AccessBank" Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin
*AccessBank" Azərbaycan Mərkəzi Bankının verdiyi 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.