“Avroviziya 2025” mahnı müsabiqəsinin Azərbaycandan olan şərhçiləri məlum olub.
News24.az xəbər verir ki, bununla bağlı İctimai TV məlumat yayıb.
Bildirilib ki, bu il keçiriləcək müsabiqənin Azərbaycandan olan şərhçiləri məşhur ifaçı, musiqi prodüsseri, musiqiçi və pedaqoq Elnarə Xəlilova, həmçinin televiziya və radio aparıcısı Ağa Nadirovdur.
13, 15 və 17 may tarixlərində İTV-də birbaşa yayımlanacaq 69-cu Avroviziya mahnı müsabiqəsini 23:00-dan etibarən seyr edə bilərsiniz.
Qeyd edək ki, Azərbaycan müsabiqənin ilk yarımfinalında 10 nömrə altında çıxış edəcək.