AZ

Mikro biznesə dəstək: dövriyyəni artırmaq üçün 20 000 AZN-dək maliyyə

BOKT “Viator Mikro Kredit Azərbaycan” MMC fərdi sahibkarlar üçün 300 AZN-dən 20 000 AZN-dək kredit təklif edir.

Finss.az xəbər verir ki, kredit kiçik biznes sahiblərinin dövriyyəsini artırmaq, xidmət və ya istehsal sahələrini genişləndirmək məqsədi daşıyır.

Əsas şərtlər:

  • Kreditin məbləği: 300 – 20 000 AZN
  • Kreditin müddəti: 1 – 36 ay
  • İllik faiz dərəcəsi: 22%-dən başlayaraq
  • FİFD (faktiki illik faiz dərəcəsi): 24%-dən
  • Komissiya: 1%
  • Təminat: Zamin və ya daşınmaz əmlak
  • Ödəniş üsulu: Annuitet – bərabər aylıq ödənişlərlə

Bu kredit məhsulu mikro və fərdi sahibkarlığın inkişafına töhfə verməklə yanaşı, biznesin operativ maliyyələşdirilməsinə dəstək rolunu oynayır.

Ətraflı məlumat üçün keçid: //viator-az.com/xidmetler/frdi-sahibkarlq-krediti-28/

Fuad Mədətov
Finss.az

Seçilən
0
fins.az

1Mənbələr