AZ

Kursk yaxınlığındakı bufer zona aktuallığını qoruyur

Kursk

Ukraynalı müdafiəçilərin Rusiyanın Kursk vilayətinin sərhəd bölgəsində yaratdığı bufer zona aktual olaraq qalır.

Reyting.az
xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Aleksandr Sırski bildirib.

Sırski “Facebook” hesabında yazıb ki, o, işgüzar səfəri zamanı Kursk əməliyyatında fərqlənmiş ukraynalı əsgərləri mükafatlandırıb.

“Doqquz aydır davam edən bu əməliyyat qarşıya qoyduğu məqsədlərin əksəriyyətinə nail olub. Kursk vilayətində aktiv fəaliyyətimiz sayəsində düşmənin Sumı və Xarkov vilayətlərində hücum kampaniyasının qarşısını ala bildik. Ukrayna Müdafiə Qüvvələrinin sərhədyanı ərazilərdə yaratdığı bufer zonası bu gün də aktuallığını qoruyur”, - Sırski vurğulayıb.

Onun fikrincə, sayca üstün olan düşməni ancaq qeyri-ənənəvi gedişlərlə məğlub etmək mümkündür: “Kursk əməliyyatı da məhz belə idi. Bu, düşmən üçün “sürpriz” oldu”.

Sırski əlavə edib ki, Ukrayna əks-hücuma keçməyə, düşməni məğlub etməyə və onu öz torpağı da daxil olmaqla, qovmağa qadir olduğunu nümayiş etdirib.

ELÇİN
Seçilən
0
reyting.az

1Mənbələr