Avropa Komissiyası (AK) bütün dünyadan alimlərin Avropaya cəlb olunmasını təşviq edən proqramlara dəstək məqsədilə 500 milyon avro ayıracaq.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Sorbonna Universitetində "Avropanı seç" proqramını təqdim edərkən bildirib.
"Biz hər zaman çalışacağıq ki, alimlər öz seçimlərini Avropadan yana etsinlər", – deyə o vurğulayıb. "Məmnuniyyətlə bildirirəm ki, Avropa Komissiyası 2025–2027-ci illər üçün 500 milyon avroluq bir paket ayırır. Məqsəd yeni alimləri Avropaya cəlb etməkdir".
O, həmçinin qeyd edib ki, Aİ ölkələri 2030-cu ilə qədər elmi-tədqiqat və inkişaf sahəsinə ÜDM-nin 3 faizinə qədər sərmayə yatırmaq səviyyəsinə çatmalıdır.