AZ

Avropa 2028-ci ilədək Rusiya qazından canını tam qurtaracaq

Vətəninfo.az xəbər verir ki, Avropa İttifaqı 2027-ci ilin sonuna qədər Rusiya qazının idxalına qadağa qoyulması üçün tədbirlər təklif etməyə hazırlaşır.

Mayın 6-da gözlənilən plan Brüsselin 2027-ci ilə qədər Rusiyanın enerji idxalını ləğv etmək üzrə daha geniş strategiyasının bir hissəsidir. Sənəddə qanuni qüvvəyə malik təkliflər və ya ticarət tədbirləri üçün bir neçə variant var, deyə anonimlik şərti ilə məlumat vermiş Aİ rəsmisi “Bloomberg” agentliyinə bildirib.

Aİ bir vaxtlar onun ən böyük enerji təchizatçısı olan ölkə ilə əlaqələri kəsməyə çalışır.

Seçilən
0
veteninfo.az

1Mənbələr