AZ

3 vəzifəyə təyinat oldu— ADLAR +FOTO

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON) hüquq, insan kapitalının idarəolunması və daxili audit departamentlərinin rəhbəri vəzifələrinə təyinatlar olub.

Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq AZCON-dan bildirilib.

Belə ki, Toğrul Nurəddin oğlu Quluzadə AZCON-da baş hüquq inzibatçısı – Hüquq departamentinin direktoru vəzifəsinə təyin edilib.

T.Quluzadə 1989-cu ildə anadan olub. Bakı Dövlət Universitetində hüquq üzrə bakalavr və Riqa Ali Hüquq Məktəbində Beynəlxalq kommersiya hüququ üzrə, daha sonra isə Belçikanın Gent Universitetində Beynəlxalq və Avropa İttifaqı biznes hüququ üzrə magistratura təhsili alıb. O, hazırda Niderlandın Leyden Universitetində Korporativ hüquq, Beynəlxalq investisiya hüququ və Arbitraj hüququ sahələri üzrə, hüquq elmləri üzrə fəlsəfə doktoru namizədidir.

T.Quluzadə həm yerli, həm də beynəlxalq şirkətlərdə, o cümlədən BHM Hüquq Şirkəti və Bakı Şəhər Halqası Əməliyyat Şirkətində (Formula-1 Azərbaycan) hüquq meneceri, “Aqrar Təchizat və Tədarük” ASC və “Azərbaycan Sənaye Korporasiyası” ASC-də Hüquq departamentinin direktoru vəzifəsində işləyib. Hazırda o London Beynəlxalq Arbitraj Məhkəməsi və Vyana Beynəlxalq Arbitraj Mərkəzində arbitr hakimi və Azərbaycan Vəkillər Kollegiyasının üzvüdür. T.Quluzadə, həmçinin BMT-nin Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyasında tədqiqatçı kimi fəaliyyət göstərib. O həm də ADA Universitetinin müəllimidir.

Holdinqin Baş insan resursları inzibatçısı – İnsan kapitalının idarəolunması departamentinin direktoru vəzifəsi Elnur Eldar oğlu Hüseynova həvalə olunub.

Seçilən
0
9
ekologiya.az

10Mənbələr