İran İsrailin istənilən təcavüzünə qətiyyətlə və “tam güclə” cavab verəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.
"Biz istənilən təcavüzə qarşı bütün gücümüzlə və ən qətiyyətlə cavab verəcəyik. Buna heç bir şübhəniz olmasın", - o, vurğulayıb.