Bu ilin yanvar-aprel aylarında Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertlər 4 milyard 579,1 milyon manat təşkil edib. SİA bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Xatırladaq ki, bu il ARDNF büdcəyə 14 milyard 481 milyon manat vəsait köçürməlidir. Beləliklə, 4 aylıq ödəniş 5,1 % az - 94,9 % icra edilib.