Avropa İttifaqı iyun ayında 2027-ci ilə qədər Rusiya qazının idxalına qadağa qoyulması üçün tədbirlər təklif etməyi planlaşdırır.AFN.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.Bildirilir ki, qadağa Rusiya ilə yeni müqavilələr və mövcud spot müqavilələr çərçivəsində bütün qaz idxalına təsir edəcək. Mənbələr bildiriblər ki, Avropa Komissiyası mayın 6-da Strasburqda planlarını təqdim etmək niyyətindədir. Həmin plana əsasən, iyun ayında uzunmüddətli razılaşmalar çərçivəsində Rusiya qazının boru kəmərləri və mayeləşdirilmiş təbii qaz (LNG) şəklində idxalına qadağa qoyulması təklif ediləcək."Bloomberg"in məlumatına görə, spot müqavilələr üzrə tədbirlər 2025-ci ildən gec olmayaraq, uzunmüddətli razılaşmalar üçün isə 2027-ci ilin sonunadək qüvvəyə minəcək. Agentlik qeyd edir ki, qadağaların vaxtı ittifaqın Afrika, Kanada, Qətərdən, o cümlədən ABŞ-dan Ağ Ev administrasiyası ilə ticarət danışıqlarının bir hissəsi kimi alternativ LNG tədarükünü təşkil etmək qabiliyyətindən asılıdır.Mənbələrin məlumatına görə, Avropa Parlamentinin mayın 6-da keçiriləcək sessiyasında təqdim olunacaq planlarda dəyişikliklər ola bilər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta