İranın xarici işlər naziri Abbas Ərakçi Pakistana səfər edib.
Sitat.info xəbər verir ki, ikitərəfli münasibətləri və regional məsələləri müzakirə etmək üçün İslamabad Beynəlxalq Hava Limanına enən Ərakçini Qərbi Asiya komissarı Seyid Əsəd Gillani, İranın Pakistandakı səfiri və digər yüksək səviyyəli rəsmilər qarşılayıblar.
Hava limanında açıqlama verən Ərakçi İranın Pakistan və digər region ölkələri ilə əlaqələrinin əhəmiyyətini vurğulayıb. İslamabada səfəri zamanı ikitərəfli əlaqələr və regional məsələləri müzakirə edəcəklərini bildirən Ərakçi, İran və Pakistan arasında əməkdaşlığın daha da inkişafı üçün çalışdıqlarını bildirib.
İki ölkə arasında əlaqələrin böyük əhəmiyyətini qeyd edən nazir Abbas Arakçi İranın Hindistan başda olmaqla digər region ölkələri ilə əlaqələrinin də eyni dərəcədə əhəmiyyətli olduğunu bildirib. İranlı nazir Pakistan və Hindistanı təmkinli olmağa və gərginliyi artırmamağa çağırıb. İslamabaddakı təmasları çərçivəsində Ərakçi Pakistan prezidenti Asif Əli Zərdari, baş nazir Şahbaz Şərif və xarici işlər naziri İshaq Dar ilə danışıqlar aparacaq.
Aytac,
Sitat.info