AZ

Ukraynada döyüşən amerikalı desant müharibənin çətinliklərindən danışıb

Rusiya Federasiyasının Ukraynaya qarşı apardığı müharibəni pilotsuz uçuş aparatları müharibəsi adlandırmaq olar. Lakin çətin ki, nə vaxtsa döyüş meydanında heç bir əsgər olmayan gün gəlsin.

Herbiand.az bildirir ki, bu sözləri “Azadlıq” radiosuna müsahibəsində keçmiş amerikalı desant Murrey deyib.

O, Ukrayna Kəşfiyyatının Beynəlxalq Legionunun tərkibində üç ilə yaxındır döyüşür. Murrey Baxmut və Kramatorsk rayonunda, həmçinin Nikolayev, Xerson və Xarkov vilayətlərində olduğunu deyib.

O, “ən çətin harada idi?” sualına belə cavab verib: “Adətən, ən çətin yer yerləşdirmə sahəsinin özüdür. Zaporojye bölgəsi hərbi əməliyyatların aparılması üçün çətindir, çünki açıq ərazi düşmənin pilotsuz təyyarələrinin işini asanlaşdırır”.

Lakin amerikalı desant qeyd edib ki, Xarkov vilayəti də müxtəlif səbəblərdən çox çətin ola bilər: “Hər bir döyüş istiqamətinin müsbət və mənfi tərəfləri var. Deyə bilmərəm ki, onlardan hansısa birinə üstünlük verirəm. Düşünürəm ki, sahələrdən daha çox şəhərlərdə döyüşməyi xoşlayıram. Sadəcə olaraq, orada irəli-geri hərəkət etmək üçün gizləniləsi çox yer var. Başınının üstünü qorumaq üçün daha çox müdafiə var”.

Murrey qeyd edib ki, PUA-lar hazırda ön cəbhədə çox aktiv şəkildə istifadə olunur, xüsusən də əla vizual aydınlığa malik fiber-optiklər. Onun fikrincə, ordu indi texnoloji tərəqqi ilə ayaqlaşır.

O, həmçinin vurğulayıb ki, qarşıdurmanın hər ili tamamilə yeni müharibə kimidir: “Mənim üçün ən çətini öldürülməyim üçün həmişə yeni variantların olmasıdır”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
0
herbiand.az

1Mənbələr