AZ

"Qarabağ" bu tarixdə mükafatlandırılacaq - Sürpriz hazırlıqlar başladı

BAKI, 5 may. TELEQRAF

Azərbaycan Premyer Liqasının qalibi olması münasibətilə "Qarabağ"ın mükafatlandırma mərasimi XXXV turun "Kəpəz"lə ev oyunundan sonra "Azersun Arena"da təşkil olunacaq.

Bu barədə Teleqraf-a klubun direktoru Emrah Çelikel açıqlama verib.

Onun sözlərinə görə, mayın 17-də və ya 18-də baş tutacaq tədbir üçün klub supriz hazirliqlar görməyə başlayıb.

Çelikel indi çempionluq tədbiri və mayın 31-də "Sabah" komandasına qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final oyununa hazırlaşdıqlarından, gələn ay əlamətdar hadisəni media ilə birlikdə qeyd etmələrinin mümkünlüyünü istisna etməyib.

Klub rəsmisi tədbirdə baş sponsor "Azersun Holding"in yeni rəhbəri Ahmet Gozalın iştirak edib-etməyəcəyini bilmədiyini söyləyib: "Ahmet bəyin proqramını bilmirəm. Amma hələlik onun klubla görüşü nəzərdə tutulmayib".

Çelikelin sözlərinə görə, Abdolbari Gözəlin vəfatından sonra şirkət rəhbərliyindəki dəyişikliyin kluba hər hansı təsiri gözlənilmir: "Əlbəttə, hər birimiz böyüyümüzün vəfatından sonra hələ də üzüntü icərisindəyik. Kluba yanaşma və ya işlərimizdə hər hansı bir axsama olmayıb və olacağını da gözləmirik. Hər birimiz əvvəlki istək və əzmlə işimizə yanaşırıq".

Baş məşqçi Qurban Qurbanov isə bildirib ki, klub rəhbərliyinin media ilə yüksək təşkilatçılıqla, amma sadə formatda görüşü gözlənilir: "Baxmayaraq ki, biz çempion olmuşuq, bu o demək deyil ki, çempionat bitib. Sizə tövsiyyəm odur ki, hələ boşalmayasınız, qarşıda 3 tur var. Siz də özünüzü mövsümü başa vurmuş kimi aparmayın".

Qeyd edək ki, “Qarabağ” çempionluğunu Premyer Liqanın XXXII turunda rəsmiləşdirib. Ağdam təmsilçisi ümumilikdə 12, Qurban Qurbanovubn rəhbərliyi altında 11 dəfə Azərbaycan çempionu olub.

Seçilən
0
teleqraf.com

1Mənbələr