AZ

Apteklərə XƏBƏRDARLIQ - Bu nöqsanlara görə CƏZALANACAQLAR

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) daha 58 aptekdə monitorinq aparıb və 20-də nöqsan aşkarlayıb. AEM aprel ayı ərzində Bakı şəhəri üzrə 13, digər şəhər və rayonlarda isə 45 aptek olmaqla, ümumilikdə 58 apteki təftiş edib. Yoxlamalar zamanı 20 aptekdə nöqsanlar aşkarlanıb, müvafiq maddələr üzrə protokollar tərtib edilib.  Bəs, aşkarlanan əsas nöqsanlar nələrdir?                 

 Mövzu ilə bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) Bizim.Media-ya protokolların tərtib edilməsinə səbəb olan nöqsanlar barədə məlumat verib: 

“210.1. Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə, 215.4. Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə, 221.10. Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına, eləcə də topdan satışına dair tələblərin pozulmasına görə, 452.1. Apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına və ya yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının pozulmasına görə və 452.3. Aptek təşkilatlarına dair tələblərin pozulmasına görə”.

Seçilən
0
2
news365.az

3Mənbələr