AZ

"Klopp mənə dedi ki..." - Arne Slot

"Liverpul"un baş məşqçisi Arne Slot komandanın sabiq çalışdırıcısı Yürgen Kloppun onu bu mövsüm vaxtından əvvəl İngiltərə Premyer Liqasının qalibi olmaları münasibəti ilə necə təbrik etdiyini açıqlayıb.

Fanat.Az xəbər verir ki, niderlandlı mütəxəssisin sözlərini ESPN belə çatdırıb:

"Mənə mesaj yazan ən məşhur insan Yürgen Klopp oldu. Nə dedi? Təbrik etdi. Mənə dedi ki, artıq bu klubun xüsusi olduğunu bilirəm və onun tarixinin bir parçasıyam. O, azarkeşlərə və kluba görə çox sevincli idi".

Xatırladaq ki, Slot 2024-cü ilin may ayının 20-də "Liverpul"un baş məşqçi postunda Kloppu əvəzləyib.

Nihat

Seçilən
0
fanat.az

1Mənbələr