AZ

Donald Trampdan maraqlı tapmaca: Nə vaxtsa rüsumları aşağı salacağam

ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ-a idxal edilən Çin mallarına rekord rüsumlar nə vaxtsa azalacaq: “Nə vaxtsa onları (rüsumları) aşağı salacağam, çünki əks halda onlarla iş görə bilməyəcəyik”, – Tramp deyib.

Lakin Amerika dövlətinin başçısı belə bir qərarın nə vaxt verilə biləcəyini açıqlamayıb.
Prezident izah edib ki, Çin ABŞ-la iş görmək istəyir. Onun sözlərinə görə, Çinin Amerika ilə ticarətə ehtiyacı Trampın “çox pis” adlandırdığı iqtisadiyyatının vəziyyətinə görədir.

Xatırladaq ki, ABŞ prezidenti aprelin 2-də sözün əsl mənasında bütün dünya ilə ticarət müharibəsinə başlayıb. Hazırda xarixi mallara rüsumlar 145% təşkil edir. Çinin cavab tarifləri 125%-ə çatıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
0
editor.az

1Mənbələr