AZ

Tramp: “Rusiya bütün Ukraynanı istəyir, lakin ona güzəştə getməli olacaq”

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Rusiya təkcə hazırda işğal etdiyi Ukrayna əraziləri ilə kifayətlənmək niyyətində deyil, məqsədi bütün ölkəni nəzarət altına almaqdır.

Tribunainfo.az xəbər verir ki, bu barədə o, NBC News kanalında yayımlanan “Meet the Press” proqramına verdiyi müsahibədə bildirib.

Verilişin aparıcısı Kristen Uelker Trampdan soruşub ki, Rusiya sülh sazişi çərçivəsində nədən imtina etməli olacaq. Prezidentin cavabı qısa və aydın olub: “Bütün Ukraynadan.”

Aparıcı sualını dəqiqləşdirərək soruşub ki, Trampın nəzərdə tutduğu budurmu ki, Rusiya hazırda nəzarətində saxladığı ərazilərin heç birini özündə saxlaya bilməyəcək? ABŞ Prezidenti isə cavabında vurğulayıb ki, onun dediyi fərqli məna daşıyır:

“Xeyr, xeyr. Mən demək istəyirəm ki, Rusiya bütün Ukraynadan imtina etməli olardı. Çünki Rusiyanın istədiyi – bütün Ukraynadır. Əgər mən müdaxilə etməsəydim, indi onlar Ukraynanın hər qarışı uğrunda döyüşürdülər. Rusiya hazırda sahib olduğu ərazilərlə kifayətlənmir – onlar bütün ölkəni istəyir. Və əgər mən olmasaydım, irəliləməyə davam edəcəkdilər.”
Bu açıqlama Trampın beynəlxalq siyasətdə, xüsusilə də Rusiya-Ukrayna münaqişəsində öz rolunu qabartmaq cəhdinin bir hissəsi kimi qiymətləndirilir. O, tez-tez 2020-ci ildən əvvəlki dövrü nümunə göstərərək bildirir ki, onun prezidentliyi zamanı Rusiya bu qədər irəliləyə bilməzdi.

İmran Kərimli

Seçilən
0
tribunainfo.az

1Mənbələr