AZ

Azər Badamov 10 gün əvvəl də Rusiyada səfərdə olubmuş

Milli Məclisin deputatı Azər Badamovun Moskvada hava limanında saxlanılması və ölkəyə buraxılmaması barədə hələ də Rusiyadan rəsmi izahat verilməyib.

Qeyd edək ki,  Azər Badamovun da daxil olduğu nümayəndə heyəti Moskvaya Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş tədbirdə iştirak etmək üçün səfər ediblər. Nümayəndə heyətinin digər üzvləri problemlə üzləşməyiblər.

Azərbaycan Xarici İşlər Nazirliyi hadisəni “qeyri-dost addım” kimi qiymətləndirib, Rusiya XİN-dən dərhal açıqlama tələb edib.

Maraqlı məqam odur ki, deputat cəmi 10 gün əvvəl Rusiya Federasiyasının Dağıstan bölgəsində səfərdə olub və o zaman heç bir məhdudiyyətlə üzləşməyib.

Bu məlumatı Modern.az-a açıqlamasında Rusiyaya Azər Badamovla birlikdə səfər edən deputat Elman Nəsirov verib.

"Azər müəllim də (Moskva hava limanında - red.) söylədi ki, 10 gün öncə Dağıstanda səfərdə olu: "Necə oldu ki, Dağıstana gedəndə analoji problemlə üz-üzə qalmadım, indi belə bir məsələ ilə üzləşirəm", - Elman Nəsirov deyib.

Seçilən
0
7
demokrat.az

8Mənbələr