5 may 2025-ci il tarixində Respublika fənn olimpiadalarının (RFO) respublika mərhələsinin riyaziyyat fənni üzrə final turu keçirilib.
AzEdu.az xəbər verir ki, Azərbaycan Texniki Universitetinin idman zalında baş tutan imtahanda aşağı yaş qrupu üzrə 62 nəfər, yuxarı yaş qrupu üzrə 91 nəfər, ümumilikdə isə 153 nəfər şagird iştirak edib.
Nəticələr //portal.edu.az/ saytı vasitəsilə elan ediləcək.
Qeyd edək ki, cari ildə riyaziyyat fənni üzrə Respublika fənn olimpiadalarının final mərhələsi ilk dəfə olaraq 2 gün ərzində 5-6 may tarixlərində təşkil olunur.